Təqribən bir ay əvvəl Azərbaycada “Mediasiya haqqında” qanun qüvvəyə mindi. Bu sahə ölkəmzidə yeni olduğundan mediator mütəxəssislər də hələlik yetərli qədər deyil və peşəkar mediatorların hazırlanmasına ciddi ehtiyac var. Mediasiya sahəsində mütəxəssislərin yetişdirilməsində də dəstək qardaş Türkiyədən gəldi.
Türkiyənin ilk peşəkar beynəlxalq mediatoru, Ümumdünya Mediasiya Təşkilatının Türkiyə və Şimali Kipr təmsilçisi, İngiltərə Müzakirəçilər Cəmiyyətinin qurucularından biri, Global Mediators&Negotiators (GMN) – Qlobal Mediatorlar və Müzakirəçilər təşkilatının qurucusu və rəhbəri Dəniz Kite Güner Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birgə əməkdaşlıq çərçivəsində Vəkillər Kollegiyası və Azərbaycanda Amerika Ticarət Palatasında (AmCham) seminar və təlimlər keçirib. Türkiyəli mütəxəssis “Mediasiya və mübahisələrin alternativ həlli” mövzusunda seminar, eləcə də “Məhkəməyəqədər mübahisələrin həlli”, “Mediasiya haqqında qanuna müqayisəli yanaşma” mövzülarında keçirilən müzakirələrdə məruzələrə çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.