Türkiyənin ilk peşəkar beynəlxalq  mediatoru, Ümumdünya Mediasiya Təşkilatının Türkiyə və Şimali Kipr təmsilçisi, İngiltərə Müzakirəçilər Cəmiyyətinin qurucularından biri, “Global Mediators&Negotiators” (GMN) – Qlobal Mediatorlar və Müzakirəçilər təşkilatının qurucusu və rəhbəri Dəniz Kite Güner Vəkillər Kollegiyası ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda seminar və təlimlər keçirib.

ONA-nın xəbərinə görə, Vəkillər  Kollegiyası və Azərbaycanda Amerika Ticarət Palatasında (AmCham) keçirilən seminar və təlimlərdə türkiyəli mütəxəssis “Mediasiya və mübahisələrin alternativ həlli” mövzusunda seminar, eləcə də “Məhkəməyəqədər mübahisələrin həlli”, “Mediasiya haqqında qanuna müqayisəli yanaşma” mövzularında keçirilən müzakirələrdə məruzələrə çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.