Türkiyənin ilk peşəkar beynəlxalq mediatoru, Ümumdünya Mediasiya Təşkilatının Türkiyə və Şimali Kipr təmsilçisi, İngiltərə Müzakirəçilər Cəmiyyətinin qurucularından biri, Global Mediators&Negotiators (GMN) – Qlobal Mediatorlar və Müzakirəçilər təşkilatının qurucusu və rəhbəri Dəniz Kite Güner Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birgə əməkdaşlıq çərçivəsində Vəkillər Kollegiyası və Azərbaycanda Amerika Ticarət Palatasında (AmCham) seminar və təlimlər keçirib.